Finss.az xəbər verir ki, Gürcüstanda hər 10 ildən bir keçirilən əhalinin və kənd təsərrüfatının ümumi siyahıyaalınmasına başlanılıb.
Gürcüstanda siyahıyaalma noyabrın 14-də başlayıb və dekabrın 19-dək davam edəcək. Siyahıyaalma iki mərhələdə aparılacaq: xüsusi internet saytı vasitəsilə və əhalinin ünvanları üzrə birbaşa müsahibələr vasitəsilə.
“Gürcüstan vətəndaşları, Gürcüstanda daimi yaşayan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ölkədə qalma müddətindən asılı olmayaraq siyahıya alınırlar”, - deyə xidmətin rəhbəri Qoqita Todradze bildirib.
Gürcüstan üçün bu, müstəqillik əldə etdikdən sonra üçüncü ümumi əhalinin siyahıyaalınması olacaq. Əvvəllər siyahıyaalma 2002 və 2014-cü illərdə aparılıb.
Noyabrın 14-dən 23-dək olan müddətdə internet saytında anket dolduraraq qeydiyyatdan keçə bilərsiniz. Onu kompüterinizdə və ya mobil telefon və ya planşetinizdən doldura bilərsiniz.
Noyabrın 29-dan dekabrın 19-dək davam edəcək ikinci mərhələdə isə ev-ev gəzən intervüerlər tərəfindən məlumatlar toplanacaq. Ümumilikdə 12 min adam siyahıya alınacaq.
Onun sözlərinə görə, siyahıyaalmanın ilkin nəticələri 2025-ci ilin iyununda, yekun nəticələr isə 2026-cı ilin iyununda məlum olacaq.
Kaira Agayeva
Finss.az