Yaponiya, ABŞ və Koreya Respublikası KXDR-in qitələrarası ballistik raket (ICBM) buraxılışını kəskin şəkildə pisləyir və bunu BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin pozulması hesab edir.
Finss.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin üç ölkənin xarici işlər nazirliklərinin nümayəndələri arasında aparılan danışıqların yekunları üzrə dərc etdiyi məlumatda deyilir.
Onların Şimali Koreya üzrə xüsusi nümayəndələri də Pxenyanın hərəkətlərinin “regional təhlükəsizliyə ciddi və bilavasitə təhlükə” yaratdığı və həmçinin bütün beynəlxalq ictimaiyyət üçün problem yaratdığı mövqeyini təsdiqləyiblər. Tokio, Vaşinqton və Seul həmçinin, xüsusilə birgə regional çəkindirmə qüvvələrinin gücləndirilməsi sahəsində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Kaira Agayeva
Finss.az