Siyasət

29 Oktyabr

“Hizbullah” hərəkatına yeni baş katib təyin olunub

Livanda fəaliyyət göstərən “Hizbullah”ın qanunvericilik şurası Naim Qasımı hərəkatın yeni baş katibi seçib.

Finss.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

1982-ci ildə “Hizbullah”ın qurucularından biri olan Naim Qasım bundan öncə hərəkatın baş katibinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, hərəkatın əvvəlki baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Oktyabrın əvvəlində isə onun varisi Haşim Safiəddin qətlə yetirilib. “Hizbullah” ötən həftə onun və hərəkatın bəzi komandirlərinin ölümünü təsdiqləyib.

Kaira Agayeva 

Finss.az