Siyasət

22 Oktyabr

BILD: Şimali Koreya Ukrayna ilə müharibəyə öz xüsusi təyinatlılarını göndərdi

Şimali Koreya çox güman ki, “dünyanın ən qəddarlarından” biri hesab edilən Koreya Xalq Ordusunun Qərb Dairə Xüsusi Qüvvələrinin üzvlərini Ukraynadakı müharibəyə göndərib.

Finss.az xəbər verir ki, bu barədə “Bild” Cənubi Koreya kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb.

Nəşrin köşə yazarı Peter Tiede bu əsgərləri “döyüş qulları” adlandıraraq, onların tam informasiya vakuumunda, internetə, Qərb mediasına və mobil telefonlara çıxışı olmayan bir yerdə böyüdüklərini iddia edir. Tiede deyir ki, onlara uşaqlıqdan aşılanıb, “NATO-nun şeytanlarına” nifrət aşılanıb və “sevimli liderlərinə” sadiq olmağı öyrədiblər.

Kaira Agayeva

Finss.az