Finss.az xəbər verir ki, Məhkəmə Perunun keçmiş prezidenti Alejandro Toledonu (2001-2006) Braziliyanın Odebrecht tikinti korporasiyası ilə bağlı korrupsiya işi üzrə 20,5 il müddətinə azadlıqdan məhrum edib.
.
"Məhkəmə, Respublikanın keçmiş prezidenti Alejandro Toledonu Okeanlararası Şosse işində sui-qəsd və çirkli pulların yuyulması cinayətlərinə görə 20 il 6 ay həbs cəzasına məhkum etdi", - ölkənin məhkəmə sisteminin X-də (keçmiş Twitter) səhifəsində deyilir.
Kaira Agayeva
Finss.az