Siyasət

21 Oktyabr

Zurabişvilini yeni impiçment gözləyir

Gürcüstan parlament çoxluğunun üzvləri prezident Salome Zurabişvilinin Konstitusiyanın 52-ci maddəsini pozması ilə bağlı Konstitusiya Məhkəməsinə verdiyi iddiada 81 imza toplayıb. Bu maddəyə görə, dövlət başçısı hökumətin icazəsi ilə xaricdə nümayəndəlik səlahiyyətlərini həyata keçirməlidir.

Finss.az xəbər verir ki, Gürcüstan parlamentinin mətbuat xidməti iddianın yaxın saatlarda Konstitusiya Məhkəməsinə veriləcəyini bildirib. Konstitusiyanın pozulması təsdiq olunarsa, parlament çoxluğu Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq niyyətindədir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, prezident impiçment yolu ilə vəzifəsini tərk etməlidir və onun səlahiyyət müddəti dekabrda başa çatır. Hakim partiyadan yeni prezidentliyə namizədin müzakirəsi oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.

Kaira Agayeva 

Finss.az