Siyasət

18 Oktyabr

Noyabrın 1-dən 11 min Şimali Koreya əsgəri Ukraynaya qarşı müharibəyə girəcək

Ukrayna Müdafiə Nazirliyinin (GUR) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun sözlərinə görə, hazırda Rusiyanın şərqində 11 min Şimali Koreyalı piyada hərbi təlim keçir və onlar Ukraynada Rusiya tərəfində döyüş əməliyyatlarında iştirak edəcəklər.

Finss.az xəbər verir ki, Budanov bildirib ki, bu qoşunlar noyabrın 1-dən döyüşə hazır olacaq.

Şimali Koreya qoşunları Rusiya silah və sursatlarından istifadə edəcək. İlk 2600 hərbçi Ukraynanın ağır döyüşlər nəticəsində artıq güclü mövqe qurduğu Kurska gedəcək. Budanov qeyd edib ki, Şimali Koreyanın qalan hərbçilərinin hara gedəcəyi hələlik bəlli deyil.

Kaira Agayeva 

Finss.az