ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən məlumatına görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 610 min barrel təşkil edəcəyi ehtimal edilir, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.
Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 650 min barrel səviyyəsində olacaq (öncəki proqnoz – 660 min barel).
Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barrel təşkil edib.
Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barrel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barrel səviyyəsində olub.
Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barrel təşkil edib.