Siyasət

06 Avqust

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər – 01 avqust 2024-cü il tarixinə

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yeddi ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 13,23 faiz azalıb.

Bu barədə Finss.az-a Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verib.

AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.