Siyasət

10 İyul

COP29-un baş danışıqçısı və Azərbaycan səfiri Belçikanın rəsmiləri ilə görüşüblər

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Brüsseldəki səfiri Vaqif Sadıqovla Belçikanın rəsmiləri arasında görüş olub.

Fins.az xəbər verir ki, “COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçikanın iqlim və ətraf mühit üzrə xüsusi elçisi Lük Ceykobs və BMT İDÇK-da Belçika nümayəndə heyətinin rəhbəri Peter Vittoek ilə müsbət müzakirələr aparıblar”, – paylaşımda qeyd olunub.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Kaira Agayeva 

Fins.az