Siyasət

08 İyun

Cənubi Qafqaz Boru Kəmərinin ötürmə gücü 10 milyard kubmetr artırıla bilər

Gələcəkdə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) illik ötürmə gücü 34 mlrd. kubmetrə çatdırıla bilər, bu da kəmərin indiki ötürmə gücü ilə müqayisədə 10 mlrd. kubmetrə yaxın çoxdur.

Fins.az xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian OilGaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, hazırda kəmərin illik ötürmə gücü 24,04 mlrd. kubmetr təşkil edir.