Siyasət

06 İyun

İlin hədəfi: 30 milyon ton neft, 48 milyard kubmetr qaz

Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov dünən keçirilən Bakı Enerji Forumunda bu il ölkədə 30 milyon ton neft, 48 milyard kubmetr isə təbii qaz hasil ediləcəyini deyib.

Fins.az xəbər verir ki, “2023-cü ildə respublikada neft ha­silatı 30 milyon ton təşkil edib. Bunun 25 milyon tonu ixrac edilib. 2024-cü ildə Azərbaycanda neft hasilatı isə ötən ilin səviyyəsində qalacaq”, – K. Abbasov vurğulayıb.

Nazir müavini qeyd edib ki, 2024-cü ildə ölkədə təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu, ötən ilin göstəricilərinə uyğundur.