Siyasət

06 İyun

Raad al Saadi: “Azərbaycan dünya üçün etibarlı enerji təchizatçısına çevrilib”

"Demək olar ki, dünyanın bir çox ölkəsinin enerji ilə bağlı gələcəyə baxışları var. Lakin heç də hər bir ölkə bu məsələləri effektiv şəkildə icra edə bilmir. Azərbaycan bu baxımdan özünəməxsus bir mövqedədəir. Mən böyük məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycanın bununla bağlı çox praqmatik baxışı var. 2030-cu ilə kimi bərpaolunan enerji ölkənin enerji balansının 30 faizini təşkil edəcək”.

Fins.az xəbər verir ki, bu sözləri “Acwa Power” şirkətinin sədr müavini və idarəedici direktoru Raad al Saadi Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.

O, Azərbaycanı COP29-a sədrlik etməsinə görə təbrik edib: “Acwa Power” şirkətinin 15 milyard dollar məbləğində böyük layihələri var. İnanırıq ki, Azərbaycan bizim üçün növbəti cəbhədir. Azərbaycan dünya üçün uzun müddətdir ki, etibarlı enerji təchizatçısına çevrilib”.

Onun sözlərinə görə, Azərbaycanda görülən işlər icra müqavilələri çərçivəsində həyata keçirilir ki, bu da innovasiya üçün çox münbit şərait yaradır.