Türkiyənin “Arar Petrol A.Ş.” şirkəti Hatay, Osmaniye və Adana sərhədlərində neft tapıldığını və işlərə başlandığını açıqlayıb.
Fins.az xəbər verir ki, neftin çıxarılması üçün Türkiyə Mədən və Neft İşləri Baş İdarəsinə (MAPEG) müraciət edilib.
Neft aşkar edən “Arar Petrol” şirkəti AR/ARR/K/O36-a1, a2, a3 vərəq nömrələrinə məxsus neft kəşfiyyatı lisenziyası sahəsində əməliyyatlar aparıb.
Qeyd edək ki, 17 may 2024-cü il tarixində MAPEG-ə müraciət edən neft şirkəti ARİ/ARR/K/O36-a1-1 və ARİ/ARR/K/O36-a2-1 vərəqləri üçün neft əməliyyatı lisenziyası üçün də müraciət edib.