Siyasət

27 May

Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 ABŞ dolları olub - Tahir Mirkişili

Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 ABŞ dolları olub.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu və digər amillər nəzərə alaraq neftin büdcə qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılması gözlənilir.

Fuad Mədətov
Fins.az