Siyasət

20 May

SOCAR süni intellektdən istifadə edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qabaqlayıcı texniki xidmətdə süni intellektdən istifadə etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib. Onun sözlərinə görə, bu sistemin tətbiqində əsas məqsəd sıxıntıların qarşısını almaqdır: "Bununla biz qabaqlayıcı texniki xidmət göstərəcəyik. Bu sistemin hazırlanmasında beynəlxalq şirkətlərin də təcrübələri ilə tanış olduq. Bundan başqa, ekoloji idarəetmə sistemimizi yeniləyirik. Yeni tələblərə uyğunlaşdırırıq. Burada yeni texnologiyalar tətbiq ediləcək".

Ə.İsayev əlavə edib ki, süni intellektin tətbiqinə 2025-ci ildən başlanılacaq.