Siyasət

17 May

IFC: Azərbaycanın bərpa olunan enerji ixracı imkanları artacaq

Azərbaycanın bərpa olunan enerji imkanlarının genişləndirilməsi gələcəkdə enerji ixracının artırmağa imkan verəcək.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Xatırladaq ki, Dünya Bankı və IFC-nin dəstəyi ilə Azərbaycan üçün Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi hazırlanıb. Yol Xəritəsi Azərbaycanda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7,2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1,5 QVt həcmində qiymətləndirilir.