Siyasət

16 May

Dolların ucuzlaşması fonunda mis bahalaşıb

Cümə axşamı günü dolların zəifləməsi fonunda misin qiyməti yüksəlir.

Fins.az xəbər verir ki, “Comex” birjasında iyul ayı üzrə mis fyuçerslərinin qiyməti 1.33% bahalaşıb - bir funt (təxminən 0.45 kiloqram) üçün 4.9887$-a qədər.

Londonun metallar birjasında (LME) çərşənbə günü ticarət nəticələrinə əsasən, üç ay ərzində tədarük üçün bir ton misin qiyməti 1.04% artaraq 10219$-a qədər, alüminiumun qiyməti 1.86% bahalaşaraq 2598.5$-a qədər, sinkin qiyməti isə 0.92% ucuzlaşaraq 2976$-a qədər dəyişib.

Eyni zamanda dollar indeksi 0.11% geriləyərək, 104.23 bənd təşkil edib. Daha zəif dollar əmtəələri, o cümlədən misi digər valyuta sahibləri üçün daha əlverişli edir.