Siyasət

10 May

Sənaye zonalarının ixrac uğurları

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, respublikada 2024-cü ilin I rübündə sənaye zonalarında 640,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, bunun da 223,6 milyon manatı ixracın payına düşüb.

Fins.az xəbər verir ki, bu dövrdə sənaye zonalarının qey­ri-neft sənayesi məhsulları istehsalın­da xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.

2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12,74 milyard manat dəyərində məhsul satı­lıb ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixraca yönəldilib. 

Bununla yanaşı, sənaye zonaların­da istehsal olunan məhsullar dünya­nın 70-dən artıq ölkəsinə ixrac edilib. Sənaye zonalarına sahibkarların cəlb olunması, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması is­tiqamətlərində müsbət addımlar atılıb.

Qeyd edək ki, 2013-cü ildən in­diyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezi­dent statusu verilib. Sahibkarlar tərə­findən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri ya­radılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılma­sı və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.