Bolqarıstan mətbuatının məlumatına əsasən, may ayında Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilən Azərbaycan təbii qazının Bolqarıstanın daxili tələbatının 76,6 faizini ödəcəyi proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, Bolqarıstan-Yunanıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı