Siyasət

08 Aprel

Sənaye istehsalı illik 11,5 faiz artıb - TÜRKİYƏ

Türkiyə Statistika Təşkilatı Sənaye İstehsal İndeksi Fevral 2024 məlumatlarını açıqladı. 

Fins.az xəbər verir ki, Türkiyədə sənaye istehsalı fevral ayında illik bazda 11,5% artdı.

Qeyd edək ki, gözləntilər illik 8,1 faiz artım idi.

Sənayenin alt sektorları araşdırıldığında, mədənçıxarma və taşocakçılığı sektoru indeksi fevral ayında əvvəlki ilin eyni ayına görə 12,8%, emal sənayesi indeksi 11,9%, elektrik, qaz, buxar və hava kondisioner istehsal və paylama sektoru indeksi 7% artıb.

Günel Məlikzadə
Fins.az