Siyasət

06 Aprel

1-ci rübdə Energetika Nazirliyi tərəfindən 40 icazə verilib

2024-cü ilin ilk 3 ayı ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 40 icazə verilib.

Bu barəd Fins.az-a Energetika Nazirliyindən məlumat verilib.

Onlardan 33-ü ixrac nəzarətinə düşən malların idxalı, 2-si ixracı, 5-i isə tranziti ilə bağlı olub.

Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Fuad Mədətov
Fins.az