Siyasət

02 Aprel

Azərbaycan İraqa boya ixrac edib

Azərbaycanın ilk boya fabriklərindən biri olan ”Bilfa boyaları” MMC istehsal etdiyi boyaları İraqa ixrac etməyə başlayıb. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına ”Bilfa boyaları” MMC-nin direktoru Sənan Gəray deyib.

Onun sözlərinə görə, artıq İraqa hər birində təxminən 24 ton boya olmaqla iki dəfə məhsul göndərilib.

S.Gəray əlavə edib ki, apreldə Gürcüstana da 21,5 ton boya ixracı planlaşdırılır.

Məhsullarını Orta Asiyaya da ixrac etməyi nəzərdə tutduqlarını deyən MMC direktoru hazırda həmin region ölkələrinin bazarlarını araşdırdıqlarını açıqlayıb.