Siyasət

15 Mart

Azərbaycan Qazaxıstan və İraqa əyləc bəndləri ixrac edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi əyləc bəndləri Qazaxıstan və İraqa ixrac ediləcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına sözügedən MMC-nin direktoru Mehman Ağayev deyib. Onun sözlərinə görə, artıq həmin ölkələrlə ixrac üçün müqavilələr bağlanma ərəfəsindədir. Mart ayının sonu -aprel ayının əvvəlində ixraca başlamaq nəzərdə tutulur.

Hazırda əyləc bəndlərinin Rusiya, Gürcüstan və Belarusa ixracı üçün də danışıqlar aparılır. Şirkət ixrac üçün nümunələr göndərib və həmin ölkələr məhsulun keyfiyyətindən razı qaldıqlarını açıqlayıblar.