NewMed Energy Limited Partnership tərəfindən edilən açıqlamada, şirkətlərin "xarici mühitdə yaranan qeyri-müəyyənlik" səbəbiylə planlaşdırılan səhm alışı ilə bağlı danışıqları dayandırmağa razı olduqları ifadə edildi.
Fins.az xəbər verir ki, açıqlamada, BP və ADNOC-un sözügedən səhm alışında maraqlarını təzələdiyi vurğulanıb və "Danışıqlar yenidən başlanana və ya tamamilə dayandırılana qədər proses dayandırılmış vəziyyətdə qalacaq. Danışıqların davam edib-etməyəcəyi ilə bağlı heç bir əminlik yoxdur. Gələcəkdə razılaşma əldə oluna bilərmi, yaxud razılaşma əldə olunarsa hansı şərtlər olacaq" deyilib.
BP və ADNOC keçən ilin mart ayında NewMed-in səhmlərinin 50 faizini almaq üçün məcburi olmayan təklif irəli sürdüklərini elan etdilər. Səhm alışının dəyərinin 2 milyard dollara çatacağı təxmin edilirdi.
NewMed İsrailin ən böyük qaz yatağı olan Leviathanda 45 faiz, Afrodita yatağında isə 30 faiz paya malikdir.
Günel Məlikzadə
Fins.az