Siyasət

13 Mart

Fevralda gündəlik neft hasilatı 598 min barel olub

2024-cü ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub. Energetika Nazirliyinin məlumatına görə, bunun 476 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.