Siyasət

13 Mart

Aİ binaların enerji səmərəliliyini artıracaq

Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasının iclasında binalarda enerji performansı qaydalarını dəyişdirəcək qanun 370 “Hə” və 199 “Xeyr” səsi ilə qəbul edilib.

Fins.az xəbər verir ki, yeni qaydalara əsasən, binaların enerji istehlakı və istixana qazı emissiyaları azalacaq.

Ən pis vəziyyətdə olan binalar daha tez yenilənəcək.

Aİ ölkələrində 2028-ci ilə qədər yeni ictimai binalar, 2030-cu ilə qədər isə bütün digər yeni binalar sıfır emissiya olmalıdır.

Yaşayış məntəqələrində istifadə olunan enerjinin 2030-cu ilə qədər ən azı 16 faiz, 2035-ci ilə qədər isə ən azı 20 faiz azaldılması üçün tədbirlər görmək lazımdır.

Günel Məlikzadə
Fins.az