Siyasət

13 Mart

Azərbaycan gündəlik neft hasilatı 598 min barrel olub

2024-cü ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barrel olub. Bunun 476 min barrelini xam neft, 122 min barrelini isə kondensat təşkil edib.

Bu barədə Fins.az-a Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Fuad Mədətov
Fins.az