Siyasət

04 Mart

Ağdamda investisiya dəyəri 15 milyon manat olan müəssisə əhəng və perlit istehsal edəcək

Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - nazir qeyd edib.

Bununla bağlı "Ağdağ" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Fuad Mədətov
Fins.az