Azərbaycan 2024-cü ilin yanvar ayında Gürcüstana ən çox bitum tədarük edən 3 ölkədən biri olub.
Fins.az bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqına istinadən xəbər verir.
"Gürcüstan 2024-cü ilin yanvar ayında 4,7 min ton bitum idxal edib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 51 faiz azdır. Bu həcmin yarıdan çoxunu Rusiya, 46 faizdən çoxunu İraq, yerdə qalan həcmi isə Azərbaycan tədarük edib", - deyə İttifaqdan bildiriblər.
Qeyd edək ki, bitum əsasən tikinti sektorunda istifadə olunur.
Azərbaycan ənənəvi olaraq Gürcüstana ən çox karbohidrogen və neft məhsulları tədarük edən ölkələr siyahısına daxildir.
Fuad Mədətov
Fins.az