Siyasət

09 Fevral

AÇG-də dərin laylardan qaz hasilatına 2025-ci ildə başlanıla bilər

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2025-ci ilin əvvəllərində başlanıla bilər.

Fins.az xəbər verirki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O'Leary bildirib.

Onun sözlərinə görə, AÇG-də dərin laylardan qaz hasilatını həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin II yarısında başlanılması planlaşdırılır.

 "Ötən il qeyd olunan layihə çərçivəsində qiymətləndirmə quyusunun qazılması uğurla başa çatdırılıb. Monitorinq aparmaq üçün quyunun ağzına xüsusi avadanlıq quraşdırıb və bunun sayəsində uğurlu məlumat əldə edə etmək mümkün olub", - BP nümayəndəsi qeyd edib

O, bidlirib ki, məhz alınan məlumatlar əsasında hasilat quyusunun qazılmasına qərar verilib və ilk hasilat quyusu uğurlu olduğu təqdirdə şirkət ilk qazın gələn ilin əvvəlində çıxarılacağını gözləyir.

Fuad Mədətov
Fins.az