Siyasət

08 Fevral

Rusiyanın İraqdakı neft yataqlarını işlətmək qərarı

İraq Baş Nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, sözügedən qərarın dünənki həftəlik Nazirlər Şurasının iclasında alındığı bildirilib.

Fins.az xəbər verir ki, Qazprom Neft Dhikar əyalətində Nasiriyah Oil Field işlənməsi layihəsini həyata keçirəcək.

İraqın baş nazirinin müavini və neft naziri Hayyan Əbdülqəni 2023-cü il oktyabrın 13-də Rusiyada “Qazprom Neft” rəsmiləri ilə görüşüb və İraqda neft və enerji sənayesinin inkişafını müzakirə edib.

Rusiyanın “Lukoyl” və “Qazprom Neft” enerji şirkətləri Şimali İraqın enerji bazarına 2012-ci ildə daxil olub. Rusiyanın İraqdakı fəaliyyəti 2014-cü ildən etibarən sürətlənib.

“Qazprom Neft” Vasit vilayətindəki Bedre neft yatağında da işlər aparır.

Günel Məlikzadə
Fins.az