Bakıda SOCAR və Beynəlxalq Qazma Şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə ikigünlük “Drilling Caspian” beynəlxalq konfransı başlayıb.
Tədbirdə SOCAR-ın Qazma İdarəsinin nümayəndəsi Asif Zəngi giriş təqdimatı ilə çıxış edib.
Konfransda MENA-nın tədqiqat direktoru, “Rystad Energy Aditya Sapasvatt”, “GL LTD”nin quyular və qazma üzrə direktoru David Triolo, SOCAR AQŞ, “Turan Drilling and Engineering”in nümayəndələri və başqaları çıxış edəcəklər.
Konfransın məqsədi Xəzər dənizinin potensialını və karbohidrogen laylarının məhsuldarlığını aydınlaşdırmaqdır. Konfransın ikinci günündə bp, “Totalenergeis” və Xəzər regionunda fəaliyyət göstərən bir sıra digər şirkətlərin nümayəndələri çıxış edəcəklər.
Tədbirdə çıxış edən “Offshore”, “KCA Deutag” şirkətinin prezidenti və “Turan Drilling Engineering” şirkətinin İdarə Heyətinin sədri Ole Mayer qeyd edib ki, bu il Xəzər dənizinin Azərbaycan sektorunda şirkət bp üçün ACE qurğusundan “Azəri-Çıraq-Günəşli”dən əlavə karbohidrogenlərin çıxarılması layihəsi çərçivəsində neft hasilatına başlayacaq.
Daha sonra çıxış edən “Rystad Energy” şirkətinin nümayəndəsi 2050-ci ilə qədər karbohidrogen hasilatı proqnozları və istixana qazlarının emissiyalarının azaldılması üzrə BMT-nin Paris Sazişinə əsasən şirkətlərin iqlim öhdəlikləri çərçivəsində qalıq yanacaq istehsalı ssenariləri haqqında hesabat təqdim edib.