Siyasət

07 Fevral

Almaniyada sənaye istehsalı ardıcıl 7 aydır ki, azalır

Almaniya Federal Statistika İdarəsi (Destatis) 2023-cü ilin dekabr ayı üçün sənaye istehsalı ilə bağlı ilkin məlumatları açıqlayıb.

Fins.az xəbər verir ki, buna görə mövsüm və təqvim təsirlərindən təmizlənmiş sənaye istehsalı dekabr ayında bir əvvəlki aya görə 1,6% azalarkən, bazar gözləməsi 0,4% azalma olacağı idi.

Belə ki, Almaniyada sənaye istehsalı 7 aydır ki, dalbadal azalıb.

Noyabr ayında aylıq 0,7% azalma olaraq açıqlanan sənaye istehsalı məlumatları da 0,2% azalış olaraq yenidən nəzərdən keçirilib.

Sənaye istehsalı dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalıb.

Dekabrda sənaye istehsalı kimya sektorunda 7,6 faiz, enerjitutumlu sektorlarda 5,8 faiz, tikinti sektorunda isə 3,4 faiz azalıb. Sözügedən dövrdə avtomobil sənayesi istehsalı 4% artdı.

Bütün 2023-cü ildə sənaye istehsalı əvvəlki ilə nisbətən 1,5 faiz azalıb.

Günel Məlikzadə
Fins.az