Siyasət

02 Fevral

OPEC+ qrupunun neft qərarı

OPEC+ qrupunun verdiyi yazılı açıqlamada, İstehsal Monitorinq Komitəsinin 2023-cü ilin noyabr və dekabr ayları üzrə xam neft hasilatı məlumatlarını nəzərdən keçirdiyi və qrup üzvlərinin hasilatla bağlı qəbul edilən qərarlara böyük ölçüdə əməl etdiyi müşahidə edildiyi bildirilib.

Fins.az xəbər verir ki, hasilatın azaldılması siyasəti dünya neft bazarında baş verən proseslərə uyğundur və ona görə də bu siyasət aprelin 3-də keçiriləcək iclasa qədər davam etdiriləcək.

OPEC+ qrupu 2022-ci ilin noyabr ayında gündəlik hasilatı 2 milyon barel azaldacağını açıqlayıb və may ayından etibarən əlavə olaraq gündəlik təxminən 1,6 milyon barel azalma qərarını verib. Bundan əlavə, 9 üzv ölkə 2023-cü ilin iyul ayından etibarən müxtəlif məbləğlərdə könüllü ixtisarlar həyata keçirib.

Günel Məlikzadə
Fins.az