Siyasət

01 Fevral

Britaniya Şimal dənizində 24 yeni neft və qaz kəşfiyyatı lisenziyası verir

NSTA-nın verdiyi açıqlamaya görə, Shell, Equinor, bp, Total və NEO daxil olmaqla 17 fərqli şirkətə 24 yeni neft və qaz lisenziyası verilib.

Fins.az xəbər verir ki, bu lisenziyalar NSTA-nın 33-cü neft və qaz lisenziyalaşdırma mərhələsinin ikinci mərhələsini təşkil etsə də, 33-cü tur çərçivəsində indiyədək 51 lisenziya verilmişdir.

NSTA həmçinin yaxın aylarda daha çox lisenziyanın veriləcəyini açıqlayıb.

NSTA 7 oktyabr 2022-ci il tarixində 33-cü neft və qazın lisenziyalaşdırma mərhələsi çərçivəsində 931 blok üçün neft və qaz müraciətlərini açdı. Quruma bu lisenziyalar üçün 76 müxtəlif şirkətdən 115 müraciət daxil olub.

Günel Məlikzadə
Fins.az