Siyasət

30 Yanvar

Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 1 milyon barel azaldacaq

Səudiyyə Ərəbistanı Aramco-ya xam neft hasilatını gündəlik 1 milyon barel azaltmağı tapşırıb.

Fins.az Milli neft şirkəti Saudi Aramco tərəfindən edilən yazılı açıqlamasına istinadən xəbər verir ki, şirkət "Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən maksimum dayanıqlı tutumunu 13 milyon barrelə yüksəltmək hədəfinə davam etmədən gündəlik 12 milyon barel səviyyəsində saxlamaq üçün təlimat aldı. " ifadəsi işlədildi.

Şirkət 2023-cü ilin üçüncü rübü üzrə maliyyə balansında ümumi karbohidrogen hasilatının gündə 12,8 milyon barel neft ekvivalentinə çatdığını açıqlayıb.

Günel Məlikzadə
Fins.az