Siyasət

27 Yanvar

Qlobal təbii qaz tələbatında güclü artım gözlənilir

Beynəlxalq Enerji Agentliyinin (IAA) Qaz Bazarı Hesabatına əsasən, 2023-cü ildə dünyada təbii qaza tələbat 0,5 faiz artıb.

Fins.az xəbər verir ki, Covid-19 məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi fəaliyyətin canlanması ilə Çinin qaz tələbatı keçən il 7 faiz artıb. Çin eyni zamanda dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) idxalçısı adını qazanıb.

Digər tərəfdən, Avropanın qaz tələbatı 7 faiz azalaraq 1995-ci ildən bəri ən aşağı həddə düşüb. Bu azalmada bərpa olunan enerji mənbələrindəki sürətli artım, eləcə də nüvə enerjisi istehsalının artması təsirli olmuşdur.

Ötən il qaz tələbatının məhdud artımından sonra bu il dünya qaz tələbatının 2,5 faiz (100 milyard kubmetr) güclü şəkildə artacağı proqnozlaşdırılır. Qış şəraitinin daha soyuq keçəcəyi və qiymətlərin aşağı düşəcəyi gözləntilərinin qaza olan tələbatın canlanmasını dəstəkləyəcəyi təxmin edilir.

Günel Məlikzadə
Fins.az