Siyasət

27 Yanvar

Qlobal xam polad istehsalı  1 milyard 888,2 milyon ton olub

Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) 2023-cü il üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Fins.az xəbər verir ki, qlobal xam polad istehsalı keçən il əvvəlki ilə nisbətən faiz baxımından dəyişməz olaraq 1 milyard 888,2 milyon ton olaraq qaldı. 2022-ci ildə istehsal 1 milyard 887,6 milyon olaraq qeydə alınıb.

Asiyanın hasilatı ötən il 0,7 faiz artaraq 1 milyard 367,2 milyon tona çatıb. Dünyanın lider polad istehsalçısı Çində istehsal əvvəlki ilə nisbətən 0,1% artaraq 1 milyard 19 milyon tona çatıb.

Sözügedən dövrdə dünyanın ikinci polad istehsalçısı olan Hindistanın istehsalı 11,8 faiz artaraq 140,2 milyon tona çatıb. Yaponiyanın istehsalı 2,5 faiz azalaraq 87 milyon tona düşdüyü halda, ABŞ-ın istehsalı 0,2 faiz artaraq 80,7 milyon tona çatıb.

Günel Məlikzadə
Fins.az