Siyasət

28 Yanvar

BEA: Elektrik enerjisinə tələbatın artması aşağı emissiya mənbələrindən ödəniləcək

Beynəlxalq Enerji Agentliyinin (UEA) “Elektrik 2024” hesabatına əsasən, bərpa olunan enerji mənbələrindən istehsal sürətlə artır və gələn il nüvə enerjisindən elektrik enerjisi istehsalının rekord səviyyəyə çatacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, qlobal elektrik enerjisinə tələbat artımının inkişaf etmiş iqtisadiyyatlarda istehlakın azalması ilə əlaqədar olaraq 2023-cü ildə qismən 2,2 faizə enəcəyi, qlobal elektrik enerjisinə olan tələbatın isə 2024-2026-cı illərdə isə qlobal iqtisadi vəziyyətin yaxşılaşması səbəbindən 3,4 faiz artacağı gözlənilir. 

Elektrik enerjisinə tələbatın artımının 85 faizinin xarici inkişaf etmiş iqtisadiyyatlardan, xüsusilə Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən gələcəyi təxmin edilir.

Növbəti üç il ərzində qlobal elektrik enerjisinə tələbatın bütün artımının bərpa olunan enerji və nüvə də daxil olmaqla, aşağı emissiya mənbələri hesabına təmin ediləcəyi proqnozlaşdırılır. 2026-cı ilə qədər dünya elektrik enerjisinin təxminən yarısının təmiz enerji mənbələrindən istehsal ediləcəyi təxmin edilir.

Növbəti üç ildə aşağı emissiya mənbələrindən elektrik enerjisi istehsalının 2018-2023-cü illərdə orta illik artımı iki dəfə artıracağı, 2025-ci ildə isə bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının kömürü ötəcəyi proqnozlaşdırılır.

Günəş enerjisindəki sürətli artımın təsiri ilə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2023-cü ildəki 30 faizdən 2026-cı ildə 37 faizə yüksələcəyi gözlənilir.

Günel Məlikzadə
Fins.az