Siyasət

20 Yanvar

Novatek 2023-cü ildə təbii qaz satışlarını artırıb

Novatek tərəfindən edilən yazılı açıqlamada, şirkətin keçən il təbii qaz hasilatını əvvəlki ilə görə 0,9% artaraq 82,4 milyard kubmetrə yüksəltdiyi ifadə edildi.

Fins.az xəbər verir ki, sözügedən dövrdə şirkətin mayeləşdirilmiş təbii qaz (LNG) daxil olmaqla ümumi qaz satışı 2,7 faiz artaraq 78,6 milyard kubmetrə çatıb.

Rusiya enerji şirkətləri Qərb ölkələrinin sanksiyaları və təxribat nəticəsində “Şimal axını” boru kəmərlərinin fəaliyyətsiz qalması səbəbindən LNG investisiyalarını artırır.

Novatek həm də Rusiyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihələrindən biri olan və bu il tədarükünə başlaması gözlənilən Arctic LNG 2-nin də əsas səhmdarıdır.

Günel Məlikzadə
Fins.az