Siyasət

17 Yanvar

Shell Qırmızı dəniz daşımalarını dayandırır

Neft şirkəti Shell hücumlara görə Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırıb.

Fins.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər ticarət gəmilərinə hücumlarını davam etdirərkən, başqa bir şirkət Qırmızı dəniz vasitəsilə daşımalarını dayandırıb. Xəbərdə məsələ ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq, neft şirkəti Shell-in hücumlar səbəbilə Qırmızı dəniz üzərindən bütün daşımaları qeyri-müəyyən müddətə dayandırdığı bildirilib.

Shell-in sözügedən qərarı gəmi heyətinin təhlükəsizliyini təmin etmək üçün verdiyi və gəmilərinə edilən hücumun bölgədə böyük neft sızıntısına səbəb ola biləcəyi bildirildi.

Keçən ay Britaniyanın neft şirkəti BP hücumlar səbəbindən Qırmızı dənizdən bütün daşımaları müvəqqəti dayandırmaq qərarına gəlib.

Günel Məlikzadə
Fins.az