Siyasət

20 Yanvar

Almaniyada investorların inamı 6-cı ayda yaxşılaşıb

Yanvar ayında Almaniyada investorların inamı artıb.

Fins.az xəbər verir ki, ZEW İnstitutunun gözlənti indeksi yanvarda 12,8-dən 15,2-yə yüksəlib, gözlənti 11.7 idi.

Cari şərtlər indeksi dekabrda mənfi 77,1-dən mənfi 77,3-ə düşüb, gözlənti mənfi 77 idi.

ZEW prezidenti Achim Wambach bildirib ki, sorğu iştirakçılarının yarıdan çoxu Avropa Mərkəzi Bankının ilin birinci yarısında faiz dərəcələrini azaldacağını gözləyir. Ekspert dekabrda inflyasiyanın artmasının bu gözləntiləri dəyişmədiyini bildirib.

İnvestor inamının ləng bərpası iqtisadi fəallığın mülayim bərpasından xəbər verir. Ölkədə dünən açıqlanan məlumatlara görə, iqtisadiyyat 2023-cü ildə gözləntilərə uyğun olaraq 0,3% daralma qeyd etdi. Beləliklə, iqtisadiyyat pandemiyadan sonra ilk dəfə olaraq illik bazda daraldı.

Bundesbank bu il ölkə iqtisadiyyatının 0,4 faiz artacağını proqnozlaşdırır. Deutsche Bank və Commerzbank iqtisadiyyatdakı daralmanın davam edəcəyini gözləyir.

Günel Məlikzadə
Fins.az