Siyasət

12 Yanvar

Ölkədə gündəlik xam neft hasilatı 482 min barrel olub

2023-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel olub. Bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Nazirlikdən Fins.az-a bildirilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Günel Məlikzadə
Fins.az