Siyasət

12 Yanvar

Bərpa olunan enerji mənbələrindən hasil olunan elektrik enerjisinin həcmi 2,116 milyard kilovatt-saat olub

2023-cü ildə bərpa olunan enerji mənbələrindən (BEM) hasil olunan elektrik enerjisinin həcmi 2,116 milyard kilovatt-saat olub.

Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, ötən il su elektrik stansiyaları (SES) tərəfindən 1,757 milyard kilovatt-saat, külək elektrik stansiyaları (KES) tərəfindən 56,6 milyon kilovatt-saat, günəş elektrik stansiyaları (GES) tərəfindən 79,4 milyon kilovatt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTZ) tərəfindən isə 223 milyon kilovatt saat elektrik enerjisi hasil edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda BEM sektorunun payı 7 faiz olub.

Yanvar-dekabr aylarında İES-lər üzrə 27 160,4 mln. kVt/st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 116,2 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

Bütünlükdə Azərbaycanda 29,277 milyard kilovatt-saat elektrik enerjisi istehsal olunub. İxracın payına 3,253 milyard kilovatt-saat, idxalın payına isə 211,8 milyon kilovatt-saat elektrik enerjisi düşüb.

Fuad Mədətov
Fins.az