Siyasət

11 Yanvar

Azərbaycan 2023-cü ildə qaz hasilatını 3,2 faiz artırıb - Pərviz Şahbazov

Azərbaycan 2023-cü ildə qaz hasilatını 3,2 faiz artırıb.

Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.

"Bu dövrdə 3,2% artımla hasil edilmiş 48,3 milyard kubmetr qazın 23,8 milyard kubmetri ixrac olunub", - nazir yazıb.

P.Şahbazov onu da qeyd edib ki, ötən il hasil edilmiş 30,2 milyon ton neftin 25,2 milyon tonunun ixrac edilib.

Fuad Mədətov
Fins.az