Siyasət

11 Yanvar

Ötən il Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz ixrac edib - Pərviz Şahbazov

2023-cü ilin yekunlarına görə, Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.

"Yanvar-dekabr aylarında qaz ixracı 5,3% artıb. Avropaya 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP ilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql olunub", - nazir qeyd edib.

Fuad Mədətov
Fins.az