Siyasət

11 Yanvar

İki polad nəhəngdən iddialı yaşıl hədəf

Erdemir və İsdemir Maliyyə İdarəetmə və Maliyyə İşləri Müdiri Serdar Başoğlu iki şirkətin 2030-cu ilə qədər karbon emissiyalarını 25% azaldacağını açıqladı.

Fins.az xəbər verir ki, Başoğlu 2030-cu ilə qədər emissiyanın 25 faiz azaldılması hədəfi üçün 3,2 milyard dollar sərmayə qoyulacağını ifadə edərək, Erdemir və İsdemirin 1000 MVt gücündə günəş elektrik stansiyası quracaqlarını bildirdi.

Bu investisiyaların 70%-dən çoxunu xarici qaynaqlarla maliyyələşdirəcəklərini bildirən Başoğlu, avrobondların buraxılmasını nəzərdən keçirdiklərini bildirdi.

Erdemir və İsdemir üçün son hədəfin 2050-ci ildə xalis sıfır emissiyaya çatmaq olduğunu ifadə edən Başoğlu, polad istehsalında kömürün payının azalacağını ifadə etdi.

Günel Məlikzadə
Fins.az