2023-cü ildə Çində neft və təbii qaz hasilatı rekord həddə çatıb.
Fins.az xəbər verir ki, bu barədə Çinin Dövlət Energetika Administrasiyasının (NEA) açıqlamasında deyilir.
Neft hasilatı son bir ildə 3 milyon tondan çox artaraq 208 milyon tona çatıb. Bu, dənizdə hasilatın əhəmiyyətli dərəcədə - 62 milyon tona qədər artması ilə əlaqədar olub.
Qaz hasilatı isə 230 milyard kubmetr təşkil edib.
Fuad Mədətov
Fins.az