Siyasət

13 Yanvar

Alman sənaye istehsalında tənəzzül

Almaniya Statistika İdarəsinin məlumatına görə, sənaye istehsalı noyabr ayında 0,7 faiz azalıb. Beləliklə, sənaye istehsalı 6 ay dalbadal azalıb. Gözlənti 0,3 faiz artım idi.

Fins.az xəbər verir ki, Almaniya iqtisadiyyatının pandemiyadan sonra ilk dəfə resessiyaya girəcəyi gözlənilir.

Almaniya iqtisadiyyatının əsas mühərriki olan istehsal sənayesi yüksək enerji, yüksək faiz dərəcələri və Çin iqtisadiyyatındakı yavaşlama kimi təsirlər səbəbiylə təzyiq altında qalmağa davam edir.

Dünən açıqlanan fabrik sifarişləri də gözləntilərin altında olub.

Oktyabrın 11-də hökumət 2023-cü il üçün daha əvvəl 0,4 faiz elan edilmiş artım gözləntisini qlobal iqtisadiyyatdakı durğunluq səbəbindən mənfi 0,4 faizə qədər yeniləyib.

Beynəlxalq Valyuta Fondu da Almaniya üçün artım gözləntisini mənfi 0,3 faizdən mənfi 0,5 faizə endirərək, Almaniyanın 2023-cü ildə azalan yeganə inkişaf etmiş ölkə olacağını bildirdi.

Günel Məlikzadə
Fins.az